Satış məsləhətçisi

  • Zeta Fashion
  • Elanın qoyulma tarixi: 23.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ünvanlar: İpəkyol (Gənclik mall),Ted Baker (Port Baku Mall),Carpisa (Dəniz Mall)

Namizədə tələblər:

  • Yaş: 20-30
  • Cinsi: Qadın
  • Satış sahəsində iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilmək (Rus və İngilis dilləri arzu olunandır);
  • Kollektivlə işləmə bacarığı
  • Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli
  • Yüksək təqdimat bacarığı

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin peşəkar satış üsullarını öyrənmək və effektiv şəkildə istifadə etmək;
  • Müştərilərlə düzgün ünsiyyətin qurulması,məhsullar barədə müştərilərə dolğun məlumatın verilməsi;
  • Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
  • Bölmənin imicinin saxlanılması (təmizlik, səliqəlilik, reklam vərəqləri, vitrin və s.);
  • Müştəri bazasının genişləndirilməsində fəal iştirak etmək;
  • Müştəri məmnuniyyətinin təmin olunması.

İş şərtləri:

  • İş vaxtı: 2 növbəli qrafik 10:00-19:00 ; 13:00-22:00
  • İş günü: 6 günlük, həftədə 1 gün istirahət 
  • Əmək haqqı 500 AZN + satışdan bonuslar

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə

Satış Məsləhətçisi yazaraq [email protected]  email ünvanına göndərmələri xahiş olunur.