SƏTƏM üzrə mühəndis

  • Ramco CJSC
  • Elanın qoyulma tarixi: 22.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • SƏTƏM üzrə müvafiq sertifikatlar;
  • Məsuliyyətli, komandada və stressli vəziyyətdə işləmək və təşkilatçılıq bacarığı;
  • Ali təhsil (müvafiq sahə üzrə);
  • Sahə üzrə minimum 3 illik iş təcrübəsi;
  • Tikinti sahəsində SƏTƏM üzrə iş təcrübəsi;
  • Cinsi: kişi.

Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda tətbiq etmək və həyata keçirmək;
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısının alınması üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək və təkliflər vermək;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək, uyğunsuzluqlarla bağlı tədbirlər planı hazırlayaraq uyğun vəziyyətə gətirilməsini təşkil etmək;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində və tətbiqində iştirak etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi ilə bağlı mütəmadi və planlı təlim vermək, işçilərin təlim sonrası bilgi səviyyəsini yoxlamaq və meydana çıxan məlumatsızlıq olarsa aradan qaldırılmasına köməklik etmək;
  • Müvafiq peşələri icra edən işçilərin qanunvericiliyin tələbi üzrə sertifikatlaşmasını təmin etmək;
  • Qulluqçuların, mühəndislərin və texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etmək, bilgi səviyyəsinin yüksəldilməsinə dair planlı işlər görmək
  • İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlər və təlimlər həyata keçirmək;
  • Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərini araşdırılmaq, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirləri həyata keçirmək;
  • İşçilərin tibbi müayinədən keçirilmə perioduna nəzarət etmək və periodik tibbi müayinəyə yönləndirilməsini təmin etmək;
  • Müəssisədə mövcud İSO standartlarına uyğun forma və qaydalarla statistik hesabatların hazırlanmasını təmin etmək və standartın tələbinə uyğun işin qurulmasını təmin etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1500 AZN;
  • İş qrafiki : 6 günlük;
  • İş yeri: Xocavənd, Hadrut kəndi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sətəm üzrə mühəndis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.