Sahə rəisi

  • Ramco CJSC
  • Elanın qoyulma tarixi: 22.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 3 il iş təcrübəsi;
  • Mühəndislik ixtisası üzrə ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili-səlis,İngilis dili-yaxşı, Rus dili-arzuolunandır;
  • Kompyuter bacarıqları: MS Office, Autocad;
  • Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
  • PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;
  • Ezamiyyətlərə hazır olmalı;
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Layihəyə texniki və metodiki rəhbərliyi həyata keçirir, layihə üzrə bütün işlərin və mərhələlərin ardıcıllığını təmin etməlidir.
  • Fərdi layihələri idarə etmək , statuslarını təqib etmək və uğurlu şəkildə nəticəyə çatmasını təmin etmək, lazım gəldikdə əlavə strukturları işə cəlb etmək;
  • Layihə çərçivəsində iş bölgüsünü etmək, vəzifələri təyin etmək;
  • Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin qarşısını almaq və ya həll edilməsini təmin etmək;
  • Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
  • Yeni layihələrin inşasında , texnoloji proseslərin işlənib hazırlanmasında və mövcüd tikintinin rekonstruksiyasında əməyin təşkilini normativ-hüquqi tələblərə uyğun olaraq həyata keçirmək.
  • Gündəlik hesabatların hazırlanması və əlaqəli şəxslərə çatdırılmasını təşkil etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 2300 AZN;
  • İş qrafiki : 6 günlük;
  • İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə rəisi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.