Topoqraf

İşin təsviri

İşin təsviri:

  • Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili
  • Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazrlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək;
  • Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi.
  • Çöl işləri zamanı GPS şəbəkəsinin yaradılmasında, koordinatların təyin edilməsində, zəruri hallarda koordinatların bir sistemdən başqa sistemə keçirilməsində iştirak etmək
  • Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
  • Kartoqrafiq işlərin dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirilməsi;
  • Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması;
  • Xüsusi, dəqiq geodeziya avadanlıqları ilə çöl və kameral geodeziya işlərinin icrası, qravimetrik işlərin yerinə yetirilməsi;
  • Əldə olunmuş məlumatların işlənməsi

Namizədə tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il;
  • Dil bilikləri: azərbaycan dili yüksək səviyyədə, ingilis dili  arzuolunandır;
  • Kompüter bilikləri: MS Office (əla) və Autocad proqramlarını yaxşı dərəcədə bilməli
  • İş işlə əlaqədar daim ezamiyyətə getməyə uyğun olmaq
  • Planlama və təşkilatçılıq qabiliyyəti
  • Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti
  • Əmək haqqı: 2000 azn