Baş memar

  • Amal Group
  • Elanın qoyulma tarixi: 18.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif obyektər üçün kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanması;
  • Layihələndirmə layihə təkliflərinin və şəhər, məssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla, nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirmə şərtlərinin razılaşdırılması; 
  • Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsinin, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materialla uyğun olmasının təmin edilməsi; 
  • Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanın tərtib edilməsi, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materialların müəyyən edilməsi; 
  • Layihə - axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlanması üçün materialların hazırlanması; 
  • Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi;
  • Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirilməsi, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edilməsi;

Namizədə dair tələblər:

  • Sahə üzrə ən azı 5 il iş təcrübəsi 
  • Memarlıq sahəsi üzrə ali təhsil
  • Tikinti norma və qaydalarına dair biliklər;
  • Layihələndirmənin metodları bilikləri və layihə işlərinin təşkili və planlaşdırılma bacarıqları;
  • Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair biliklər;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumat;
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri;
  • Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəyə sahib olmalıdır
  • Komandada və fərdi şəkildə işləmə bacarığı;
  • Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
  • Microsoft Office, AutoCad, 3Dmax, Revit və s. proqramlarda səlis işləmə bacarığı;
  • Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.

Əmək şəraiti:

  • İş yeri: Qubadlı rayonu
  • İş rejimi: 6 gün, Əmək Məcəlləsinə uyğun olaraq
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Qalmaq və yemək şirkət tərəfindən verilir.

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Baş memar” yazmaqla göndərə bilərlər.