Mikro biznes kreditləri üzrə mütəxəssis

İşin təsviri

İşin təsviri:

  • Müştərilərlə davamlı ünsiyyətin saxlanması və yeni müştərin şirkətlə əməkdaşlığa cəlb edilməsi;
  • Şirkətin Biznes müştəriləri üçün təqdim etdiyi məhsulların satışının təşkil edilməsi;
  • Daxil olan müştəri müraciətlərinin (kredit və digər) operativ cavablandırılması və müştəri məmnuniyyətinin təmin edilməsi;
  • Biznes müştərilərinə təqdim edilən məhsullar üzrə portfelin qurulması və inkişaf etdirilməsi; 
  • Daxil olan kredit müraciətlərinin ilkin təhlili, təqdimatın edilməsi, kredit portfelinin idarə olunması və portfelin keyfiyyətinə nəzarət;
  • Cari müştərilərlə mütəmadi olaraq əlaqələrin saxlanması, onların təklif və iradlarının öyrənilməsi üçün görüşlərin təşkili.

İşçiyə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 2 illik təcrübə;
  • Müştərilərlə peşəkar ünsiyyət qurma və inandırma bacarığı;
  • Yüksək səviyyədə kommunikasiya bacarığı;
  • Komanda yönümlü mühitdə işləmək bacarığı;
  • MS Office proqramları ilə işləyə bilmək bacarıqları.

İşçiyə dair əlavə qeydlər:

  • Yaş aralığı: 21-33
  • Təhsil səviyyəsi: Ali təhsil
  • Təcrübə müddəti: Minimum 2 il
  • Dil bilikləri: Rus və ingilis dili arzuolunandır
  • Ərazi: Bakı, Gəncə, Şəki şəhərləri və Masallı rayonu
  • Əmək haqqı: 500-800 AZN

İş qrafiki: l-V günlər, saat 09:00-18:00.

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanın adını qeyd edib e-mail ünvana göndərəsiniz.

BOKT Embafinans MMC tərəfindən digər vakansiyalar