Avadanlıqlar üzrə satınalma mütəxəssisi

  • Avrora
  • Elanın qoyulma tarixi: 17.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Avadanlıq və investisiya üzrə satınalma tələblərinin qəbulu və təmin olunması;
  • Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
  • Şirkəti mal-material və avadanlıqlarla təmin etməsi;
  • Tədarükçülərlə işgüzar yazışma və danışıqların aparılması;
  • Tədarükçülərlə münasibətlərin idarə olunması;
  • Qiymət araşdırılması, tenderlər və kotirovka sorğularının həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
  • Struktur daxili müfaviq hesabatların hazırlanması;

Tələb olunan bilik və bacarıqlar:

  • Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;
  • İnandırma və problem həlletmə bacarığı;
  • Nəticəyönümlülük və punktuallılıq;
  • Təşəbbüskarlılıq və tələbkarlılıq;
  • Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Yüksək ünsiyyət qurma bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyədə biliklər; 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Təchizat, Biznesin idarə edilməsi, İqtisadiyyat sahələri üzrə)
  • CIPS sertifikatı üstünlükdür;
  • Təcrübə: Analoji sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Dil bilikləri: Rus və İngilis dili;

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C;

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Avadanlıqlar üzrə satınalma mütəxəssisi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi