İşin təsviri
Namizədə Tələblər:
- Müfaviq sahə üzrə ali təhsil
- Yaş həddi: 23 - 40 yaş
- Staj: 1 – 3 il
- Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
- 1C mühasibatlıq proqramında işləmək bacarağı və minimum 1 il təcrübə.
- Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Məhsulun maya dəyərinin hesablanması
- Daxili istehsalat tələbnamələrinin tərtib edilməsi
- Alışlar üzrə mədaxillərin proqrama daxil edilməsi
- Daxili sifarişlərin yaradılması, yoxlanması, təchizatçıya ötürülməsi, proqram üzrə təsdiqlənməsi
- İstehsal üçün sifarşlərin icra edilməsi
- Təchizatçılarla üzləşmə edilməsi və aktların hazırlanması
- 1C və xüsusi istehsal proqramı üzrə satışların üzləşdirilməsi
- Gündəlik satış sənədlərinin 1C proqramında işlənilməsi
- Aylıq inventarizasiyanın təşkili və sənədləşməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.
Əmək haqqı: 600-800 manat (əmək haqqı müsahibə zamanı təcrübəyə əsasən təyin ediləcəkdir, qeyd olunan öhdəliklər üzrə minimum təcrübə mütləqdir).
İş qrafiki: 6 günlük.
Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.