Xərclər üzrə nəzarətçi

İşin təsviri

Əmək funksiyası: 

  • Qida və içkilərin qiymətinə nəzarət etmək;
  • Sistemə daxilolmaları yeniləmək və saxlamaq; 
  • Qida və içkilər ilə bağlı problemlərin həll edilməsi üçün direktor və maliyyə rəhbəri ilə müzakirələr aparmaq;
  • Gündəlik qida və içki gəlirlərinin hesabatının yoxlanılması; 
  • Gündəlik və aylıq satış xərclərinin hesabatını hazırlanması;
  • Restoranda ani yoxlamanın keçirilməsi;
  • Əsas vəsaitlərin yoxlanılması, qeydiyyata alınması və silinməsi;
  • Yarasız məhsulların silinməsi;
  • Gündəlik işçilərin yemək xərclərinin hesabatını hazırlanması; 
  • Fakturaları yoxlamaq, satınalma tələbi ilə müqayisə etmək və səlahiyyətli şəxs tərəfindən imzalanmasını təmin etmək; 
  • Micros-dan 1C-proqram təminatına edilən məlumatlara nəzarət etmək;
  • Dövri sayımda iştirak etmək;
  • POS-Terminal-lara (gün sonuna) Z hesabata nəzarət etmək;
  • Maliyyə şöbəsinə aid olan digər daxili hesabatların hazırlanması;

Tələblər:

  • Maliyyə, mühasibatlıq, audit ixtisası üzrə bakalavr dərəcəsi;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi, restoran sahəsində təcrübə üstünlükdür;
  • ACCA sertifikatlarının olması üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya İngilis dili – yaxşı.
  • Kompüter bilikləri: Micros, 1C, MS Ofis Proqramları, xüsusi ilə MS Excel üzrə biliklər;
  • Yüksək ünsiyyət qurmaq və komandada işləmək bacarıqları;

Vəzifə üzrə təminatlar:

  • Dünyanın məşhur alman brendində iş imkanı;
  •  “TABİA qrup” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Gündəlik qidalanma.

Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 31.01.2024-cü il tarixinədək göndərə bilərlər.