Satış təmsilçisi

  • INEO Group
  • Elanın qoyulma tarixi: 15.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Gənc və dinamik şirkət olan INEO GROUP Fransa mənşəli Jacadi Paris, Oxybul, Petit Bateau, Yves Rocher, İspan mənşəli Mayoral kimi Avropa brendlərinin ölkə üzrə eksklüziv təmsilçisidir.

Vəzifə öhdəlikləri:

  • Mağazaya daxil olan müştərilərə yüksək xidmətin göstərilməsi;
  • Məhsullar barədə ətraflı məlumatın müştərilərə çatdırılması;
  • Mağazanın səliqəli saxlanmasına diqqət etmək.

Tələblər:

  • Xanımlar 20-35 yaş arası 
  • Pərakəndə (geyim,oyuncaq və kosmetika) satış sahəsində təcrübə olan namizədlərə üstünlük veriləcəkdir.
  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı (ingilis dili üstünlükdür)
  • Ünsiyyət bacarığı və işə yaradıcı yanaşma
  • Aydın, qrammatik nitq
  • Xoş görünüş

İş qrafiki: Növbəli, 6 iş günü, 1 gün istirahət

Əmək haqqı: 500AZN + bonus

Müraciət üçün:

Maraqlanan namizədlərdən mövzu sətrində “Satış təmsilçisi” qeyd etməklə e-mail ünvanına CV göndərmələri tələb olunur.