Texniki dəstək üzrə mütəxəssis (İT Helpdesk-Daşkəsən)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İT infrastrukturuna nəzarət, vaxtında yenilənməsi və fasiləsiz işin təşkili;
  • İT sistemlərinin (Windows Server əməliyyat sistemləri, Active Directory, File - Server, microsoft 365 və s.) inzibatçılığı təşkil etmək;
  • Cəmiyyətin əsas proqram təminatın fasiləsiz fəaliyyətini təmin etmək;
  • Kompüter avadanlıqlarına və proqramlara xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin etmək;
  • Proqram təminatları ilə bağlı məsləhətlərin verilməsini təmin etmək;
  • Antivirus və Firewall proqramlarının işini vaxtaşırı yoxlamaq;
  • Zərüri hallarda istifadəçilərə İT dəstək göstərmək (first line support);
  • Kompüterlərdəki informasiyanın arxivləşdirilməsini təşkil etmək;
  • Şəbəkə avadanlıqları və sistemləri üzrə köməklik göstərmək;
  • Cəmiyyətin korporativ və lokal kompüter şəbəkələrinin təhlükəsiz fəaliyyətinə nəzarət etmək; 
  • Cəmiyyətin fasiləsiz internet bağlantısının işini təmin etmək.

Tələblər:

  • Kompüter, texniki və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • İT sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Windows əməliyyat sistemlərin yüksək səviyyədə inzibatçılığı;
  • Linux əməliyyat sistemləri üzrə ilkin anlayış əlavə üstünlükdür;
  • İT şəbəkənin iş prinsiplərindən məlumatlı və iş təcrübəsi olan namizədlərə üstünlük verilir
  • MCP sertifikatı, CCNA və s.) əlavə üstünlükdür
  • Komanda ilə işləmək bacarığı və inkişafa meylli olma.

Namizədlərdən CV-ni " Helpdesk-Daşkəsən" mövzusu ilə elektron poçt ünvanına göndərməyi xahiş olunur.

İşəgötürənin reytinqi