Baş mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat bölmələrinin fəaliyyətində rəhbərlik edir;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
  • Mühasibat şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü aparır;
  • Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurur;
  • Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə təşkil və nəzarət edir;
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
  • Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
  • Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
  • Ayın bağlanmasını həyata keçirir;
  • Biznes planlarının və büdcələrin tərtibatı üçün materialların hazırlanmasına nəzarət edir;
  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmalarını hesablayır və ödənilməsini icra edir;
  • Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərini hesablayır və ödənişini həyata keçirilməsinə nəzarət edir;
  • DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edir;
  • Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır,
  • Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir;
  • Anbardarlara dəstək;
  • İstehsala nəzarət;
  • Daxili bazar satışlara nəzarət;
  • İdxal əməliyyatlarının icrasına nəzarət;
  • E-qaimələrin yazılmasına nəzarət;
  • İdxal xərclərinin uçotu;
  • Daxili və xarici daşınmaların uçotu;
  • Restoranlar arası transferlərə nəzarət;

Tələblər:

  • Ali təhsil (Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə təhsil)
  • Minimum 5 il baş mühasib vəzifəsi üzrə təcrübə.
  • Bacarıq və səriştələr  Nizam-intizamlı;
  • Kommunikasiyalı;
  • Komandada işləmək bacarığı;

Bilməlidir:

  • Mühasibatlıq və uçot
  • Əmək Məcəlləsi, Vergi məcəlləsi
  • 1C üzrə işləmək yüksək səviyyədə;
  • Excel biliyi yüksək səviyyədə;
  • Rus və ingilis dili biliyi üstünlükdür.

Təminatlar:

  • Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir.
  • İş qrafiki: Həftə içi  5 gün 09:00-18:00. İstirahət günləri (şənbə və bazar)
  • Telefon limiti
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır

Vakansiyaya uyğun namizədlər CV-lərini  “Baş Mühasib”  başlığı ilə e-mail ünvanına göndərə bilər.