“AGBank” ASC 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biridir.
Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “ AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir.
“Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC “AGBank”-ın 10% səhmlər paketinə malikdir.
Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.
AGBank həm özünün “Zəngin olmaq haqqınızdır” şüarında, həm konkret fəaliyyət və xidmətlərin əks olunan müştəriyə maksimal fayda prinsipi əsasında onlarla öz münasibətlərini qurur. Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılması, göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi və onlara tətbiq olunan şərtlərin optimallaşdırılmasından ibarətdir.
Sənaye, turizm, telekommunikasiya, nəqliyyat, inşaat, kənd təsərrüfatı, ticarət və xidmət sferasi kimi iqtisadiyyatın müxtəlif sektorlarındakı şirkət və təşkilatlar bankın müştəriləri sırasındadır. Bankın apardığı fəaliyyətin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorların maliyyələşdirilməsidir. Bankın xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır.
Beləliklə, Azərbaycanın aparıcı banklarından biri olaraq, AGBank ölkənin bank sektorunda öz mövqelərini möhkəmləndirir.
Biz kimləri axtarırıq?
Davamlı inkişaf bankımızın hər gördüyü işdə xüsusi önəmə malikdir. Hansı iş və ya peşə ilə məşğul olmağınızdan asılı olmayaraq, sizdən bir fərd və eyni zamanda komandanın üzvü kimi spesifik məqsədlərə nail olmağınızı tələb olunacaqdır. Bu, AGBank üçün bütün əməkdaşların razılaşdırılmış birgə biznes məqsədlərinə doğru yönəlməsi deməkdir. Bundan başqa, biz hər kəsin öz işinə görə məsuliyyət daşımasına da diqqət yetiririk. Buna görə də biz, öyrənmək istəyən, işgüzar və əzmli insanlar axtarırıq. Əməkdaşlarımız bizim iş fəaliyyətimizi irəliyə aparan enerjini verəcək və bizə ölkənin ən yüksək keyfiyyətli və aparıcı qlobal standartlara cavab verən bank xidmətlərini göstərməkdə yardımçı olacaqlar.
Biz həm texniki peşəkarlığı, həm də şəxsi keyfiyyətləri ilə digərlərindən fərqlənən liderlər axtarırıq. Hər bir əməkdaşımız gördüyü işin eskpertidir və bacarıqlarını inkişaf etdirmək üçün daim səy göstərir. Həmçinin əməkdaşlarımızın ətrafdakıları ruhlandırmasını və həvəsləndirməsini istəyirik. Bankımızın hər bir təşkilati pilləsində əməkdaşlar müəyyən məsuliyyətlərə malikdirlər – onlar qərarlar qəbul edir və bu qərarların sona qədər yerinə yetirilməsində iştirak edirlər. Biz tərəqqiyə can atan, əzmli və qərarlı şəxsləri axtarırıq. Onların liderliyi ələ alması indi və gələcəkdə fərq yaradacaqdır.
Pərakəndə Satış Kanalları Departamenti – Departament Direktoru
Əsas Tələblər:
İqtisadi təhsil
Bank və Siğorta sahəsində azı 5 il iş təcrübəsi
MS Office proqramlarını bilməli
Azərbaycan, Rus dillərini sərbəst bilməli, İngilis dili yaxşı səviyyədə olmalıdır
Satış metodikasını yüksək səviyyədə bilməli, analiz etmə, proqnozlaşdırma, strateji planlaşdırma bacarığına malik olmalı. Bank məhsulları bazarını tanımalı, inkişaf tendensiyalarını anlamalı
İdarəetmə təcrübəsi və liderlik qabiliyyəti önəmlidir
Yaş həddi 25-50 arası
Vəzifə öhdəlikləri:
Satış həcminin artırılması üçün bir sıra tədbirlər təşkil edir
Təşkilatın satış strategiyasının hazırlanmasında iştirak edir
Strateji planlaşdırmaprosedurlarını tərtib edir
Tabeçiliyində olan şöbələrin həyata keçirdiyi işlərin taktiki planlaşdırmasını hazırlayır, təsdiq üçün üst rəhbərliyə təqdim edir
Satış planında düzəlişlər edir
Nəzarəti altında olan şöbələrin qarşılıqlı əlaqələndirməsini həyata keçirir
Hədəf müştəriləri ilə danışıqlar aparır
Təşkilatın şöbələrindən və digər mənbələrdən daxil olan informasiyanı təhlil edir
Satışları təhlil edir
Uzunmüddətli müqavilələr bağlayır
İş şəraiti:
İş yeri - AGBank-ın mərkəzin ofisi(Bakı Landau 16)
Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Mehriban kollektiv və karyera inkişafı imkanları
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi)
(Zaur İzmaylov) mail ünvanına göndərin.
Mövzuda – Pərakəndə Satış Kanalları Departamenti – Departament Direktoru qeyd etməyiniz xahış olunur