Proqramçı

  • AG Bank
  • Elanın qoyulma tarixi: 07.12.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


 
“AGBank” ASC 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biridir.
Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “ AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir.
“Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC “AGBank”-ın 10% səhmlər paketinə malikdir.
Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.
AGBank həm özünün “Zəngin olmaq haqqınızdır” şüarında, həm konkret fəaliyyət və xidmətlərin əks olunan müştəriyə maksimal fayda prinsipi əsasında onlarla öz münasibətlərini qurur. Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılması, göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi və onlara tətbiq olunan şərtlərin optimallaşdırılmasından ibarətdir.
Sənaye, turizm, telekommunikasiya, nəqliyyat, inşaat, kənd təsərrüfatı, ticarət və xidmət sferasi kimi iqtisadiyyatın müxtəlif sektorlarındakı şirkət və təşkilatlar bankın müştəriləri sırasındadır. Bankın apardığı fəaliyyətin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorların maliyyələşdirilməsidir. Bankın xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır.
Beləliklə, Azərbaycanın aparıcı banklarından biri olaraq, AGBank ölkənin bank sektorunda öz mövqelərini möhkəmləndirir.

Biz kimləri axtarırıq?

Davamlı inkişaf bankımızın hər gördüyü işdə xüsusi önəmə malikdir. Hansı iş və ya peşə ilə məşğul olmağınızdan asılı olmayaraq,  sizdən bir fərd və eyni zamanda komandanın üzvü kimi spesifik məqsədlərə nail olmağınızı tələb olunacaqdır.  Bu, AGBank üçün bütün əməkdaşların razılaşdırılmış birgə biznes məqsədlərinə doğru yönəlməsi deməkdir. Bundan başqa, biz hər kəsin öz işinə görə məsuliyyət daşımasına da diqqət yetiririk. Buna görə də biz, öyrənmək istəyən, işgüzar və əzmli insanlar axtarırıq. Əməkdaşlarımız bizim iş fəaliyyətimizi irəliyə aparan enerjini verəcək və bizə ölkənin ən yüksək keyfiyyətli və aparıcı qlobal standartlara cavab verən bank xidmətlərini göstərməkdə yardımçı olacaqlar.  
Biz həm texniki peşəkarlığı, həm də şəxsi keyfiyyətləri ilə digərlərindən fərqlənən liderlər axtarırıq. Hər bir əməkdaşımız gördüyü işin eskpertidir və bacarıqlarını inkişaf etdirmək üçün daim səy göstərir. Həmçinin əməkdaşlarımızın ətrafdakıları ruhlandırmasını və həvəsləndirməsini istəyirik. Bankımızın hər bir təşkilati pilləsində əməkdaşlar müəyyən məsuliyyətlərə malikdirlər – onlar qərarlar qəbul edir və bu qərarların sona qədər yerinə yetirilməsində iştirak edirlər. Biz tərəqqiyə can atan, əzmli və qərarlı şəxsləri axtarırıq. Onların liderliyi ələ alması indi və gələcəkdə fərq yaradacaqdır.
 
İT Layihələri Departamenti-Proqramçı

Tələblər:

• Texniki ali təhsil ( İT sferasında təhsil arzu olunandır)
• 1 ildən az olmayan inkişaf üzrə iş təcrübəsi, və ya uğurla reallaşmış layihənin mövcudluğu
• Bank sektorunda iş təcrübəsi arzu olunandır
• JAVA, C, C++,C#,VISUAL PASCAL proqramlaşdırma dillərindən birini bilməli
• Yüksək səviyyədə rus dili bilikləri
• Texniki ingilis dili bilikləri(minimum texniki sənədləşməni oxuma bacarığı)
• Veb-proqramlaşdırma üzrə biliklər, Veb-proqramlaşdırma üzrə təcrübə
• Analitik təfəkkür
• Alqoritmik düşüncə tərzi
• Özgə kodu anlama bacarığı
• Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazılması bacarığı
• Öyrənmə qabiliyyəti
• Icraedicilik
• Məsuliyyət
• Çalışqanlıq

Vəzifə öhdəlikləri:

• Bankın istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı yeni dillərin və proqramlaşdırma texnologiyalarının öyrənilməsi
• Bankda qəbul olunmuş inkişaf metodologiyasının istifadə edilməsi
• Proqram sənədləşməsinin yaradılması və müşayiəti
• Test zamanı müəyyən olunmuş səhvlərin düzəldilməsi
• Məlumat emalı prosesində müxtəlif əməliyyatların yerinə yetirilməsi
• Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları ilə kodun yazılması və proqramların sazlanması

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş elektron ünvana [email protected] (Sabina Qulamzadə) göndərin.

Mövzuda - Proqramçı qeyd etməyiniz xahiş olunur.