SQL/BI Developer

İşin təsviri

Təsvir:

  • Təşkilatın fəaliyyətinin müxtəlif istiqamətlərinin avtomatlaşdırılması üçün texniki tapşırığa müvafiq olaraq proektlərin işlənib hazırlanması;
  • Cəmiyyətin tələblərini analiz edilməsi, texniki tapşırığın hazırlanıb tətbiq edilməsi, müşayiət edilib testləşdirilməsi və çıxa biləcək problemlərin həlli;
  • Cəmiyyətin bank proqram təminatında yeni tələbləri üzrə texniki tapşırıq hazırlayıb bank proqram təminatı dəstəkçilərinə yönlədirmək;
  • Bi sistemlərinin sazlanması;
  • Cəmiyyətin tələblərini əsasən SQL sorğularının yazılması lazımlı hesabatlıqların əldə edilməsi;
  • BI alətlərində hər bir şöbənin tələblərinə uyğun olaraq hesabatlıqlar hazırlanıb daimi istifadə üçün yerləşdirilməsi;
  • Bank proqram təminatı daxilində tələblərə uyğun olaraq print formaların hazırlanması;
  • Bank proqram təminatında yaranmış xətaları analiz edib istifadəçilərə ilkin yardın göstərmək və xətaların köklü həlli üçün proqram dəstəkçiləri ilə bölüşmək, lazım olduqda görüşlərdə iştirak etmək;
  • Bank proqram təminatı ilə üçüncü tərəf arasında inteqrasiya işlərinin aparılması;

Tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi - minimum 3 il;
  • SQL sorğu dili üzrə yüksək səviyyədə biliklər;
  • Proqramlaşdırma dillərdən anlayışının olması;
  • Bank sahəsində iş təcrübəsi və Bank proqram təminatı ilə geniş biliyinin olması;
  • Extract, Transform, Load (ETL) prosesləri və alətləri ilə iş təcrübəsi;
  • Microsoft Power BI, iReport digər BI alətləri ilə təcrübə;
  • Stressə davamlılıq, komandada işləmə bacarığı;
  • Azərbaycan dili səlis, orta səviyyədə rus və ingilis dili biliyi;