İşin təsviri
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: mütəxəssis olaraq 2 il;
- Dil bilikləri (ingilis-dili yaxşı səviyyədə, rus-dili biliyi üstünlükdür);
- MS Office bilikləri- (Excel yüksək səviyyədə)
- Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü və analitik düşüncə qabliyyəti.
Vəzifə öhdəlikləri:
- İdarəetmə hesabatlarının hazırlanması;
- İllik büdcənin hazırlanması prosesində iştirak edir (funksional büdcələrin hazırlanmasına dəstək olur, master büdcə faylını hazırlayır) ;
- İllik büdcə icrasının aylıq monitorinqi, təhlil edilməsi, lazım olduğu təqdirdə revizə edilməsi ;
- Faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin səbəblərinin araşdırılması;
- Faktiki nəticələrlə il sonu büdcə gedişatının proqnozunun verilməsi ;
- ERP-də məsrəf mərkəzlərinin idarə edilməsi;
- ERP sistemində büdcə nəzarət funksiyasının inkişaf etdirilməsi.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə nəzarət və büdcələmə üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.