1C Proqramçı

  • TEZ Logistics
  • Elanın qoyulma tarixi: 11.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • IT və Proqramlaşdırma ixtisasları üzrə ali təhsil;
  • 1C proqramlaşdırma, texniki dəstək, prqoram inzibatçılığı sahəsində min 2 il iş təcrübəsi;
  • 1C proqramlaşdırma dilini mükəmməl şəkildə bilmək;
  • Sərbəst araşdırma qabiliyyəti, alqoritmik düşünmə, əla kommunikasiya bacarıqları və komanda ilə işləmə qabiliyyəti;
  • Yüksək analitik təhlil bacarığı;
  • Kompüter bilikləri (MS Office), Excell  və  1C 8.3 platforması üzrə biliyi mütləqdir;

Öhdəliklər:

  • 1C konfiqurasiyasında yeni modulların yaradılması və həmin modullar üzərində düzəlişlərin edilməsi
  • 1C proqram təminatında müxtəlif konfiqurasiyalar ilə mübadilə prosesini qurmaq
  • 1C platforma və məlumat bazasının adminstrativ idarə edilməsi
  • 1C üzrə proqramlaşdırma layihələrinin icrası 
  • Biznes proseslərinin 1C sisteminin imkanlarına uyğunlaşdırılması üçün texniki həllərin hazırlanması, proqram kodlaşdırmalarına nəzarət edilməsi, praktik istifadədə biznes proseslelərə və hesabatlığa uyğun olmasının təhlili, düzgün işləmədikdə kodda dəyişikliklərin edilməsi;
  • Hazırlanan proqram təminatlarının istifadəsinin rahatlığına əmin olmaq
  • Yaradılan və mövcud sistemlərdə yaranan problemlərin həlli
  • Hazırlanan proqram təminatlarının sənədləşməsinin aparılması
  • 1C üzrə məlumat bazasının idarə edilməsi - Təkmilləşdirmələrin, yenilənmələrin həyata keçirilməsi zamanı şirkətin arxitekturasının bütövlüyünün qorunmasına nəzarət;
  • 1C üzrə konfiqurasiyasının idarəedilməsi - Konfiqurasiyanın tətbiq sahəsinin cari tələblərə, şirkətin hesabat siyasətinə və qanunun tələblərinə uyğun olmasını təmin etmək, yeni konfiqurasiyaların yaranmasının, onun yenilənməsinin monitorinqini aparmaq;
  • 1C üzrə texniki dəstək - 1C istifadəçilərinə gündəlik yaranan problemlərin həllində dəstək olmaq.

İş şərtləri:

  • Əmək haqqı - Müsahibə zamanı müəyyən olunur.
  • İş rejimi: 5 günlük iş həftəsi
  • İş saatı: 09.00-18.00
  • Nahar: Şirkət tərəfindən təmin edilir
  • Korporativ mobil nömrə ilə təmin edilir.
  • İş yeri: Hökməli qəsəbəsi, Bakı-Şamaxı Şossesi 15-ci km

Göstərilən tələblərə cavab verən şəxslərdən CV-lərini 1C Proqramçı adını qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

TEZ Logistics tərəfindən digər vakansiyalar