İnşaatçı mühəndis (Mərkəzi Texniki Şöbədə)

  • Azercon ASC
  • Elanın qoyulma tarixi: 03.12.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: İnşaatçı mühəndis (Mərkəzi Texniki Şöbədə)
 
İşə götürən: Azercon ASC
 
İş yeri: Bakı şəhəri (bəzən xaricə və rayonlara səfərlərlə)
 
Maaş: 600 - 1200AZN + (günorta yeməyi, mobil telefon nömrəsi)
Maaş işçinin bacarıqlarına uyğun olaraq razılaşdırılacaq.
 
Tələblər:

İnşaat mühəndisi ixtisası üzrə ali təhsil
İxtisası üzrə 3 il təcrübə
İngilis dili (yaxşı)
Rus dili (orta)
Word, Excel, Power Point, Project (və ya Primavera) proqramlarında işləmək bacarığı
Autocad və digər proqramları da bilənlərə üstünlük veriləcək.
Müqavilə və Texniki Şərtnaməyə uyğun sənədlərin hazırlanmasında təcrübə
 
Əsas Funksiyalar:

1. Gündəlik və Aylıq Hesabat,  Tenderlər üzrə Texniki və Qiymət təklifi, Məktub, Ödəniş Sertifikatları, İş Planları, Keyfiyyətə Nəzarət Formaları və digər sənədlərin hazırlanması və qeydiyyatı;
2. Layihə-smeta sənədlərinin hazırlanmasına nəzarət və qeydiyyatının aparılması;
3. Müqavilə və Texniki Şərtnaməyə uyğun Qiymət Analizlərinin və Müqaviləyə Dəyişikliklərin hazırlanması;
4. Zəruri hallarda sahədə çalışan mühəndis-texniki işçilərə yardım;
5. Zəruri hallarda Sifarişçi və/vəya Nəzarətçi ilə həftəlik toplantılarda iştirak edilməsi və tələb olunan sənədlərin hazırlanması;
6. Texniki şöbə və başqa ofis işçiləri arasında sənədlər dövrünün təşkili və qeydiyyatı;
7. Texniki şöbə rəhbərinin tapşırıqlarının vaxtında və yüksək keyfiyyətlə icra edilməsi.
 
Xahiş olunur CV-lərinizi 15 dekabr 2013 tarixinədək, e-poçtun “subject” hissəsində “inşaatçı mühəndis vəzifəsinə” qeyd etməklə
[email protected] adresinə göndərəsiniz.