Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin həkim-eksperti

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali tibb təhsili;
  • Tibbi sığorta sahəsində həkim-ekspert kimi minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, xarici dil bilikləri üstünlükdür;
  • Ofis proqramları üzrə biliklər;
  • Ünsiyyət və komandada işləmə bacarığı;
  • Problem həlletmə bacarığı.

Görəcəyiniz işlər: 

  • Xidmətlər zərfinə daxil edilməli tibbi xidmətlərə dair layihələrin hazırlanmasında iştirak etmək;
  • Müəyyən edilmiş tibbi xidmətlərin istifadə edilməsinə dair ekspertiza və texniki qaydaların hazırlanmasında iştirak etmək;
  • Texniki qaydaların elektron ekspertiza sisteminə tətbiq edilməsinə dair təkliflər vermək;
  • Xidmətlər zərfinə daxil olan tibbi xidmətlər və ekspertiza qaydalarının izahı ilə bağlı tibb müəssisələrində təlimlərdə iştirak etmək.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Begoc biznes mərkəzi.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 21.01.2024-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.