Anbardar

  • ModulX
  • Elanın qoyulma tarixi: 09.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • MMC-in Anbarına daxil olan mal -materialların təhlükəsizlik qaydalarına, saxlanılma rejiminə, sənədləşdirmə və mədaxil- məxaric sənədlərinin təhvili qaydalarına riayət edilməsindən ibarətdir. Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edir;
  • Anbarda mal və materialların müvafiq sistem ,ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin edir; Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin edir, istisnalar barədə dərhal Mühasibat Uçotu və Hesabatlar Sektorunu məlumatlandırır;
  • Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət edir;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil edir;
  • Mal - materialları inventarizasiya təlimatına uyğun hazırlayır, təşkil edir və inventarizasiya prosesində iştirak edir;
  •  Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin edir və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat təqdim edir;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparır;
  • Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin edir, saxlanılması, sərfiyyatına nəzarəti təmin edir və sərfiyyata dair hesabat verir;
  • Şöbənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir;
  • İş yükü artıq olduğu zaman (mütəmadi olaraq) və struktur bölmənin işinin keyfiyyətini artırmaq məqsədi ilə Şöbənin digər struktur bölmələrinin işində dəstək olur;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
  • Ezamiyyələrə və bölgələrdə işləməyə hazır olmalıdır.