Sürücü

  • Can-Pa
  • Elanın qoyulma tarixi: 06.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Can-PA MMC qənnadı məhsullarının istehsalatı şirkətinin Anbar və Logistika sahəsinə sürücü tələb olunur.

  • Şirkətin təqdim etdiyi sifarişlərə əsasən, malları maşına qaimə əsasında yükləmək və təyin olunmuş satış nöqtələrinə qrafik əsasında vaxtında çatdırılmasını təmin etmək;; 
  • Şirkətin mağazası və ya anbarından məhsulların avtomobilə yüklənilməsini icra etmək;
  • Anbardan və ya mağazadan məhsul çıxışı zamanı sənədləşmə üzrə məhsulları qəbul etmək və ya təhvil vermək;
  • Məhsulların sifarişçilərə təhvil-təslimi prosesini sənədləşmə üzərindən icra etmək;
  • Məhsulların sifarişçilərə çatdırılması zamanı məhsulun müştəri ünvanına fiziki olaraq daşınmasına kömək etmək;
  • Avtomobildən istifadə zamanı texniki istismar qaydalarına əməl olunması;
  • Şirkət tərəfindən təmin olunmuş avtomobilin düzgün idarə olunmasını, daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin edilməsi;
  • Avtomobilin istismarı zamanı meydana gələn nasazlıqlar barədə aidiyyatı rəhbərliyə əvvəlcədən məlumat vermək;
  • Avtomobilin texniki baxışına vaxtında nəzarət etmək;
  • Avtomobili hər iş gününün sonunda şirkətin təyin etdiyi yerdə parklanmasını təmin etmək.

 

Xüsusi tələblər:

  • Yaş həddi: 25-35;
  • Bəy namizəd;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi;
  • Kollektivlə işləmək bacarığı;
  • İntizamlı və məsuliyyətli olmalı;
  • Şirkətə yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək.

 

Əmək haqqı: 650-750

İş günləri: 5 gün

İş vaxtı: 09:00 -18:00

Ünvan: Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, (Bakı Şamaxı şoss., 14-cü km.) 

Müraciət etmək üçün: (994051) 240-95-68 (whatsapp) və ya CV-nizi mövzu yerinə “Sürücü” yazaraq e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Can-Pa tərəfindən digər vakansiyalar