Biznes proseslərinin idarə edilməsi üzrə Mütəxəssisi/Aparıcı mütəxəssisi

  • Azericard
  • Elanın qoyulma tarixi: 30.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Risklərin idarə edilməsi, keyfiyyətə nəzarət, Biznes proseslərin idarə edilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
  • Rus və İngilis dillərində bilik;
  • Güclü yazılı və ünsiyyət bacarığı;
  • Beynəlxalq standartlar və qabaqcıl təcrübələr (PCI, ISO, NIST, Cobit, ITIL) üzrə biliklər; 
  • Kompüter və şəbəkə təhlükəsizliyi, Əsas şəbəkə servislərini anlamaq;
  • Proqram təminatlarının, tətbiqlərin hazırlanma prinsipləri barədə baza biliklər; 
  • Biznes proseslərinin idarə edilməsi və ya daxili nəzarət sahələri üzrə sertifikatların olması arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Şirkət üzrə mövcud olan biznes prosesinin təhlili;
  • Mövcud və gələcək proses vəziyyətlərini vizuallaşdırmaq üçün BPMN kimi metodologiya və alətlərdən istifadə edərək biznes prosesi modelləri yaratmaq;
  • Biznes proseslərinin təkmilləşdirilməsi üzrə planların, o cümlədən optimallaşdırma və avtomatlaşdırma üzrə təkliflərin hazırlanması;
  • Biznes proseslərinin, dəyişikliklərin və bütün əlaqədar sənədlərin rəsmiləşdirilməsi;
  • Biznes proseslərinin idarə edilməsi sahəsində prosedurların və standartların işlənib hazırlanması və saxlanılması;
  • İş proseslərinin optimallaşdırılması məsələlərində işçilərə məsləhət və dəstək verilməsi;
  • Dəyişikliklərin effektiv həyata keçirilməsini təmin etmək üçün müxtəlif şöbələr və idarəetmə səviyyələri ilə koordinasiya və əməkdaşlıq;
  • Şirkətin dəyişən ehtiyac və məqsədlərinə uyğun olaraq biznes proseslərinin davamlı olaraq yenilənməsi və optimallaşdırılması;
  • İş prosesində etik norma və standartlara əməl olunması;
  • Məlumatların və biznes prosesi məlumatlarının məxfiliyinin təmin edilməsi.

Namizədlərdən CV-lərini “Biznes proseslərinin idarə edilməsi üzrə Mütəxəssis/Aparıcı mütəxəssis” mövzusu ilə göndərmək xahiş olunur. 

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi