Mağaza meneceri

  • Askona
  • Elanın qoyulma tarixi: 30.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Təhsil: Orta ixtisas və ya ali təhsilК
  • Təcrübə: Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı; (qida sektoru istisna olmaqla)
  • Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
  • Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
  • Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalı;
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
  • Yaş: 25-40
  • Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C

Vəzifələr:

  • Mağazanın ümumi fəaliyyətini təşkil edir;
  • Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;
  • Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;
  • İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;
  • Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;
  • Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;
  • Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə  nəzarət edir;
  • Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;
  • Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
  • Mal qalıqlarına nəzarət və uçotun aparılması;
  • Assortimentin və satışın analizi;
  • Daxili inventarizasiyanın aparılması;
  • Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.
  • Görülən işlərin qeydinin aparılması

İş qrafiki: 5 günlük iş qrafiki

Əmək haqqı: Fiks əmək haqqi + %. Orta aylıq əmək haqqı satışlardan asılı olaraq 1500-3000 manat.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mağaza meneceri” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.