Tornaçı

İşin təsviri

Vəzifənin məqsədi:

  • Detallarda və materiallarda cizgi (eskiz), çertyoj və ya nümunə əsasında torna əməliyyatlarının yerinə yetirilməsini həyata keçirmək.

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • Qəza duruşlarında Təmirə dəstək işlərinə aid nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırmaq;
  • Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
  • İşlədiyi struktur bölmələrdə bütün avadanlıqların təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
  • Torna dəzgahına xidmət göstərmək və dəzgahın təmirində iştirak etmək;
  • Dəzgahı elektrik şəbəkəsinə qoşmaq, hazırlanacaq detalı dəzgaha bərkitmək;
  • Dəzgahı işə salmaq, işə uyğun tənzimləmək və cizgi çertyoj və ya nümunəyə uyğun olaraq detalı hazırlamaq;
  • İşə uyğun tərtibatların, kəsici və nəzarət ölçü alətlərini seçmək və kəsici aləti dəzgaha bağlamaq;
  • Dəzgahı işə salmaq, detala uyğun olaraq sürət və verişlər qutusunun tənzimləyərək cizgi (eskiz), çertyoj və ya nümunə əsasında torna əməliyyatlarını yerinə yetirmək;
  • Emal olunmuş detalı və ya materialı xidmət sahəsinin ustasına təhvil vermək;
  • İş tamamlandıqdan sonra dəzgahı söndürmək və gərginlikdən ayırmaq;
  • İş zamanı əmələ gəlmiş metal qırıntılarının çeşidinə görə müvafiq qablara yığmaq və dəzgahı silib təmizləmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.

Tələblər:

  • Torna sahəsi üzrə peşə/ orta ixtisas təhsili olmalı;
  • Müvafiq peşə üzrə sertifikat olması üstünlükdür;
  • Torna işləri ilə bağlı minimum 3 il iş təcrübəsi;
  • Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlara əsaslanaraq bütün sahələrdən təhvil alınmış dinamik, statik avadanlıqları torna dəzgahında hazırlamağı və təmirə dəstək verməyi bacarmalı;
  • Torna emalatxanasında dinamik, statik və armaturların təmirinin ən müasir həll yollarını bilməli, səmərəli iş və metod tətbiq etməyi bacarmalı;
  • İşin spesifikasiyasına uyğun alət və tərtibatlardan düzgün və səmərəli istifadə etməyi bacarmalı;
  • Hazırlanacaq detalın cizgisini (eskizini), çertyojunu və ya nümunəsini incələyə bilməli.

İş yeri: Sumqayıt şəhəri

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Tornaçı (Sumqayıt)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 19.01.2024

İşəgötürənin reytinqi