Smeta üzrə mühəndis

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 28.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələrinin ümumi dəyərini müəyyən etmək üçün vaxt, işçilik və tikinti materiallarıni qiymətləndirmək
  • Sifarişçi və layihə rəhbərləri üçün yazılı təkliflər, xərclər smetası və büdcə hazırlamaq
  • Yeni layihə üzrə müştəri tələbləri haqqında məlumat əldə etmək üçün sahə səfərlərinin edilməsi
  • Materialların ətraflı siyahısını tərtib etmək və ümumi tikinti xərclərini qiymətləndirmək üçün dəqiq və aydın miqdar məlumatlarını təqdim etmək
  • Təqdim olunan təkliflər və büdcələr üzrə sifarişçilər ilə qarşılıqlı əlaqə saxlamaq və danışıqlar aparmaq
  • Müqavilə təklifləri, kotirovkalar, sxematik çertyojlar və spesifikasiyalar əsasında tikinti layihələri üçün materialların, əmək və avadanlıqların, subpodratların ehtimal olunan xərclərinin smetalarını hazırlamaq
  •  Tender prosedurları ilə bağlı məsləhətlər vermək, tenderlərin araşdırılması və təhlil edilməsi prosesində iştirak etmək
  • Xərclərin monitorinqinin, hesabat sistemlərinin və prosedurlarının hazırlanması prosesində iştirak etmək
  • Layihə müddətində müntəzəm olaraq plan/xərc hesabatları və proqnozlar hazırlamaq

Tələblər:

  • Ali təhsil (İnşaat mühəndisliyi, inşaat sahəsi üzrə idarəetmə və ya digər uyğun ixtisas);
  • Tikinti sahəsində (layihənin qiymətləndirilməsi və ya tikintinin idarə edilməsi) minimum 5 il iş təcrübəsi 
  • İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır.
  • MS Office, AutoCAD üzrə yüksək səviyyədə bilik və tikinti xərclərinin idaəredilməsi üzrə əlavə proqram təminatından istifadə təcrübəsi
  • Analitik düşüncə, güclü riyazi hesablama və vaxtın idarəedilməsi üzrə bacarıqlar vacibdir 
  • Ezamiyyətə gedə bilmək.

İş şərtləri:  

  • İş qrafiki: Tam iş günü (5 gün);  
  • İş yeri (Bakı)  
  • Könüllü tibbi sığorta
  • İş saatları: 09:00-18:00;
  • Əmək haqqı: Rəqabətə davamlı. 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta üzrə mühəndis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur