Təchizat üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin bütün mal-material təchizatının təşkili;
  • Şirkətlə əlaqədər təchizat fəaliyyətlərini həyata keçirmək, tenderlərin təşkili və idarə edilməsi;
  • Tədarükçü firmaları daim nəzarətdə saxlamaq, rəqabətçi satınalma prinsipini həyata keçirmək;
  • Təchizatçılar və müştərilərlə danışıqlar aparmaq;
  • Ən yaxşı qiymətlərə nail olmaq və tədarük zamanı xərcləri azaltmaq;
  • Alqı-satqı proseslərində sənədlərin düzgünlüyünə nəzarət etmək
  • Sifarişlərin vaxtı vaxtında düzgün gəlməsini təmin etmək və sifarişlərin icrasını və çatdırılmasını vaxtında həyata keçirmək;
  • Malların təyinat yerinə çatdırlması ilə bağlı nəqliyyat məsələlərinin təşkil etmək
  • Periodik hesabatlar hazırlamaq
  • Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir
  • 6 gün iş günü, bazar günü istirahət
  • İş qrafki: saat 09:00-dan 18:00-na kimi ( Şənbə: 09:00 – 15:00 )
  • AR ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə

Namizədə tələblər:

  • İxtisası üzrə ali təhsil;
  • Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
  • Kompüter bilikləri (MS Office, və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);
  • 1C – mal-materialların alışını və hərəkətini izləyib, qiymət analizlərini apara biləcək səviyədə bilmək kifayətdir.
  • Komandada işləmə bacarığına malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;

Qeyd: Tikinti sahəsində çalışanlara üstünlük veriləcək.