KOB kreditləri üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədi ilə marketinq vizitlərini həyata keçirmək;
  • Müştərilərə bankın KOS kredit və qeyri kredit məhsulları haqqında ətraflı və dolğun məlumat və məsləhətlər vermək;
  • Rəhbərlik tərəfindən qoyulmuş planlara uyğun olaraq müştəri bazasını yaratmaq;
  • Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq;

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə); 
  • Kredit sahəsi üzrə minimum 1 illik iş təcrübəsi; 
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, ingilis və rus dilləri arzu olunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • Analitik düşünmə qabiliyyəti; 
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Satış etmək, danışıqlar aparmaq, müştəri bazası toplamaq bacarığı;
  • Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13  yanvar 2024-cü il tarixinədək emailin mövzu hissəsində KOB kreditləri üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi