Ərəb dili tərcüməçisi

  • Sos Media AZ
  • Elanın qoyulma tarixi: 26.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əslinin strukturunu və mənasını qoruyub saxlamaqla, mətnlərin ərəb dilindən rus dilinə və/və ya ingilis dilinə və əksinə tərcüməsi.
  • Zərurət olduğu halda görüşlər, danışıqlar və tədbirlərdə şifahi tərcümənin həyata keçirilməsi.
  • Yüksək keyfiyyətin və standartlara uyğunluğun təmin edilməsi üçün tərcümələrin redaktə olunması və təshih edilməsi.

Tələblər:

  • Azərbaycan dilini sərbəst bilmək zəruridir!
  • Peşəkar səviyyədə ərəb dili biliyi.
  • Əsasən azərbaycan və/və ya ingilis/rus dilindən ərəb dilinə və əksinə tərcümə sahəsində təcrübə.
  • Biznes, yurisprudensiya, səhiyyə, texnologiyalar və sairləri kimi müvafiq sahələrdə terminologiya biliyi.
  • Mükəmməl ünsiyyət və komandada işləmək bacarıqları.
  • Müddətlərə əməl etmək.

Üstünlüklər:

  • Lingvistika, tərcümə sahəsində və əlaqəli sahələrdə təhsil.
  • Tərcümə sahəsində sertifikatlaşdırılma.
  • Böyük təşkilatlarla və ya beynəlxalq sahədə iş təcrübəsi.
  • Əlavə dil bilikləri.

Şərtlər:

  • Bazar ertəsi – Cümə günləri, saat 10:00-dan 19:00-dək iş qrafiki;
  • Müsahibənin nəticələrinə görə rəqabətli əmək haqqı; 
  • Təhsiliniz və ixtisasınızın artırılması üçün materialların tam və ya qismən ödənişi;
  • Peşəkar iş mühiti;
  • Peşə və karyerada yüksəliş imkanı;
  • Dəstəkləməyə və texniki olaraq yardım göstərməyə hazır olan motivasiyalı, gənc və təcrübəli komanda. 

Qəbul edilmiş bütün CV-lərə baxıldıqdan sonra müsahibə baş tutacaq.

CV-lər 27 yanvar 2024-cü ilədək qəbul edilir.

Vəzifə mövzusunda “Ərəb dili tərcüməçisi” və gözlənilən əmək haqqını göstərməklə, fotoşəkilli CV-nizi elektron poçtuna göndərməyiniz xahiş olunur. 

Yalnız yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.