İşin təsviri
Tələblər:
- Logistika istiqaməti üzrə ali təhsil və ya iş təcrübəsi;
- Rus dili bacarığı(Çin və ingilis dili üstünlükdür)
- Logistik planlama və təşkilatçılıq bacarığı;
- İş təcrübəsi: Sahə üzrə 5 il;
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.).
Vəzifə öhdəlikləri:
- Yüklərinin daşınmasını koordinə edilməsi
- Azərbaycan – Mərkəzi Asiya ölkələri (Qazaxıstan-Turkmenistan-Rusiya) üzrə daşımaların icra edilməsi.
- Yükləmə prosedurlarına riayət edilməsi və tətbiqi;
- Müştərilərə uyğun müvafiq sifarişlərin hazırlanması və yayımlanması;
- Yükləmə və gömrük sənədlərinin yoxlanılması;
- Əməkdaşlıq edilən müəssisələrlə və xarici tərəfdaşlarla mütəmadi olaraq əlaqələrin saxlanılması;
- Sorğuların telefon email vasitəsi ilə qəbulu və cavablandirilmasi
- Şirkətin bütün nəqliyyat vasitələri üzrə dövriyyəsinin Mərkəzi Asiya ölkələri üzrə yaradılması.
- Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
- Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
- Daşınmanın optimal marşrutunun müəyyənləşdirilməsi
- Nəqliyyat vasitəsinin növünün seçilməsi.
- Daim yeni müştəri axtarışında olmaq;
- Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
- Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
- İxraç əməliyyatları üçün ehtiyyac olduğu təqdirdə nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
- Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi;
- İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
İş şəraiti:
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Tam rəsmi və maaş həmçinin qanunvericiliyə uyğun tam rəsmi
- Məzuniyyət tam olaraq rəsmi
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mərkəzi Asiya daşımaları üzrə logistik” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.