Marketinq üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Seqmentlər üzrə strategiyanın və marketinq planının həyata keçirilməsi və monitorinqi
  • Şirkət strategiyasına uyğun müştəri və partnyorlarla münasibətlərin qurulması, saxlanılması və idarə edilməsi
  • Düzgün kommunikasiyanın qurulmasını təmin etmək
  • Müştərilərlə danışıqların, görüşlərin və təqdimatların keçirilməsi
  • B2C və B2B müştərilər üçün mümkün olan əməkdaşlıq və marketinq təkliflərinin hazırlanması, layihələrin həyata keçirilməsi
  • Davamlı analiz və araşdırmaları təşkil edilib, təhlil edilməsi
  • Şirkətin mövcud marketinq kanallarının idarə edilməsi, inkişaf etdirilməsi, monitorinqi
  • Kütləvi informasiya, reklam vasitələri (bütün marketinq kanalları) ilə əlaqələrin yaradılması, şirkətin PR strategiyasına təsir göstərilməsi, brendin nümayiş edilməsi, brend imicini inkişaf etdirmək və qorumaq
  • Müxtəlif kanallarda (çap, onlayn, radio, TV və s) reklam kampaniyalarını planlaşdırmaq və həyata keçirilməsini tənzimləmək
  • Layihələr üçün zamanlamanın hazırlanması və ona uyğun işlərin aparılmasının idarə edilməsi
  • Marketinq inkişafı istiqamətində daim təhlilin aparılması, yeniliklərin və trendlərin izlənməsi
  • Marketinq büdcəsinin təhlil edlib, hazırlanması və tənzimlənməsi
  • Effektiv marketinq kampaniyaları hazırlamaq üçün məlumatları və fikirləri təhlil etmək
  • Biznes məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşdırılmış hərtərəfli marketinq planları yaratmaq üçün marketinq komandası və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək
  • Bütün marketinq materiallarında brend qaydalarına əməl olunmasını və həyata keçirilməsini təmin etmək
  • Marketinq səylərinin effektivliyini qiymətləndirmək və məlumatlara əsaslanan tövsiyyələr vermək üçün müntəzəm marketinq göstəriciləri və kampaniya performansı hesabatlarını hazırlamaq, təhlil etmək

Namizədə tələblər:

  • Ali təhsil ( Marketinq, Biznesin idarə edilməsi)
  • Müvafiq vəzifədə 3 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, ingilis dili arzuolunandır
  • Proqram bilikləri: MS Word, MS Excel, MS Outlook proqramlarında sərbəst işləmək bacarığı
  • Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları

Müraciət üçün CV-nizi mövzu hissəsində "Marketinq üzrə aparıcı mütəxəssis" qeyd etməklə e-mail-ə göndərməyiniz xahiş olunur.