Web developer (PHP)

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Texniki tapşırıq və ya bankın biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi;
  • İşlənib hazırlanmış proqramlara Bank işinin analizi əsasında düzəlişlərin edilməsi;
  • Proqramlarla iş üzrə istifadə qaydalarının hazırlanması, zəruri texniki sənədləşmənin aparılması;
  • Tətbiq edilmiş proqram və proqram vasitələrinin müşayiətinin aparılması;
  • Hazır proqram komponentlərinin unifikasiya və optimizasiyası üzrə işlərin aparılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • PHP, JavaScript, HTML, CSS üzrə minimum 3 il iş təcrübəsi;
  • Məlumat bazalarının proqramlaşdırılması sahəsində biliklər (SQL, PLSQL);
  • Agile metodologiyası barədə məlumatlı olmaq.
  • Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri texniki səviyyədə arzuolunandır;
  • Analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissədə “Web developer (PHP)”  qeyd edərək 22 yanvar 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi