Audit

  • Murad LTD
  • Elanın qoyulma tarixi: 21.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
  • Müştərilərlə imzalanmış müqavilə şərtlərinə uyğun çalışmaların yoxlanılması və raportlanması;
  • Kampaniyaların təsdiqlənmiş standart prosesinə uyğun həyata keçirilməsini yoxlamaq və raportlamaq;
  • Ərazilərdə inventarın yoxlanılması və raportlanması;
  • Satış nöqtələri üzrə borc qalıq raportunu təhlil etmək;
  • Müştərilərin pul ödəmə qabiliyyətini qiymətləndirmək və onlar haqqında rəy vermək;
  • Müştərilər ilə bağlanmış müqavilələrin şərtlərinə əsasən qəbul etdikləri malların pulunu vaxtında satış təmsilçiləri tərəfindən yığılmasını təmin etmək və köməklik göstərmək;
  • Yeyintilərin olmaması üçün marşrutu üzrə mütamadi olaraq bütün müştərilərə baş çəkərək pulların ödəniş qaydaları haqqında təbliğat aparmaq;
  • Sənəd dövriyyəsinə uyğun bütün hesabatları vaxtı-vaxtında şöbə müdirinə təqdim etmək;
  • İllik sayımlarda iştirak etmək;
  • Birbaşa və ancaq tabe olduğu müdir tərəfindən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi:
  • Nəticələrin bəyan edilmiş məqsəd və vəzifələrə cavab verməsini və planlaşdırıldığı kimi icra olunmasını təmin etmək üçün əməliyyatların və ya proqramların nəzərdən keçirilməsi
  • Təftiş fəaliyyəti ilə bağlı məsələlərdə şirkətin və qrup şirkətlərinin struktur bölmələri və vəzifəli şəxsləri ilə qarşılıqlı əlaqə qurmaq
  • Araşdırma nəticələrini təqdim etmək və uyğunluğu və səmərəliliyi artırmaq yollarını tapmaq

Tələblər:

  • Ali təhsil (Riyaziyyat və İqtisadiyyat yönümlü olması arzuolunandır)
  • Yaş: 22-50
  • İş təcrübəsi tələb olunmur;
  • Avtomobil tələb olunur.
  • MS Excel yaxşı səviyyədə ;
  • Öyrənməyə və inkişafa yüksək həvəs;
  • Məntiqi və riyazi analiz qabiliyyəti;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Düzgün ünsiyyət qurmaq bacarığı;

İş şəraiti:

  • İş vaxtı: 09:00–dan 18:00 dək;
  • İstirahət günləri: Bazar;
  • Təcrübə və sınaq müddəti 1 aydır və ödənişlidir;(əmək müqaviləsi ilə);
  • Təcrübə müddətini uğurla keçən işlə təmin ediləcək;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Avtomobilin amortizasiya xərclərinin ödənilməsi;
  • Əmək haqqi 1000 azn fix(işin effektivliyindən asılı olaraq gələcək üçün artırıla bilər).

Müraciət etmək istəyən namizədlər CV formasını poçt ünvanına mövzu hissəsinə “Audit” qeyd edərək göndərə bilərsiniz. CV-də şəkil olmağı mütləqdir.

Ünvan : Sumqayıt şəh. Azərbaycan prospekti 10\19. İcra hakimiyyəti və mərkəzi poçt yaxınlığında.