İT üzrə baş mütəxəssis

  • Agrarco
  • Elanın qoyulma tarixi: 19.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • İstifadəçilərə İT dəstək xidməti göstərmək;
  • Video müşahidə sistemlərinin qurulması və bu sistemlərinin proqram təminatının tənzimlənməsi;
  • Access Control və Turniket sistemlərinin qurulması və bu sistemlərin proqram təminatı tənzimlənməsi;
  • İstifadəçilərin texniki vasitələrinin dəyişdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər hazırlanması;
  • Proqram təminatının tətbiqi zamanı məlumat təhlükəsizliyi prinsiplərinə riayət olunmasının təmin edilməsi;
  • Avadanlıqların təmirinin təşkili, izlənməsi və təmirin qeydiyyatının aparılması;
  • Printer avadanlıqlarının anbar qalığına nəzarət, kartric dəyişimi qeydiyyatlarının aparılması, səmərəliliyinə nəzarət;
  • Xüsusi cihaz, proqram və faylların nüsxələrinin çıxarılması və saxlanmasını təmin etmək;
  • İnformasiya sistemlərinin istismarı və istifadəsi üzrə metodiki göstərişlərin, normativ materialların və təlimatların layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
  • İT şöbəsinin vəzifələrinə aid məsələlərlə bağlı prosedur və qaydaları, hesabat və digər sənədləri hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
  • İT avadanlıqlarının işlək vəziyyətinin saxlanmasını təmin etmək;
  • Yeni proqram və kommunikasiya xidmətlərini, avadanlıqları təhlil etmək, nəticələrini və yeniləri ilə əvəzlənməsi barədə təkliflər vermək;
  • İnformasiya təhlükəsizliyinin qorunması tələblərinə riayət etmək və təşviqini nəzərdə saxlamaq;
  • İT şöbəsinin əsasnaməsinə uyğun olaraq qrupun funksiyalarına aid cari və gündəlik işləri icra etmək;
  • Cəmiyyətin cari və planlaşdırılan layihələrinin İT əlaqəli bölmələrində rəhbər nəzarətində iştirak etmək;
  • Vaxtaşırı işgüzar səyahətlər etmək;
  • Birbaşa rəhbərinin işinə aid göstəriş və tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

  • İT sahəsində yuxarıdakı tələblərə uyğun gələn vəzifədə ən azı 1 - 3 il iş təcrübəsi;
  • CCTV sahəsində dərin anlayışı və video müşahidə sistemlərinin qurulması ilə bağlı azı 1 il iş təcrübəsi;
  • Şəbəkə avadanlıqları, VPN, DNS, VLAN və bu kimi orta səviyyəli şəbəkə bilikləri;
  • Access Control və turniket sistemləri sahəsində dərin anlayışı və bu sistemlərin qurulması ilə bağlı ən azı 1 il iş təcrübəsi;
  • Fərdi kompüter proqram təminatı və müxtəlif İT avadanlıqları haqqında geniş məlumatın olması;
  • Təşəbbüskar, ünsiyyətli, çalışqan, dəqiq, vəziyyətə operativ reaksiya verən, komanda ilə və tək işləmək bacarığı;
  • Yazılı və şifahi korporativ ünsiyyət bacarığı;
  • Azərbaycan dili səlis, orta səviyyədə rus və ingilis dili biliyi;
  • İT Sahəsində beynəlxalq sertifikatların olmasına üstünlük verilir.