Satış üzrə menecer

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil 
  • Satış və ya müştəri xidmətləri sahəsində 2 ildən az olmayan iş təcrübəsi
  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dili bilikləri yüksək;
  • Yüksək satış qabiliyyətli,ünsiyyət bacarıqları,hədəfyönümlü olmaq
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
  • Turizm sahəsində təcrübənin olması üstünlükdür

Vəzifə öhdəlikləri: 

  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq;
  • Bazada olan müştərilərlə münasibətlərin yüksək səviyyədə saxlanılmasını təmin etmək, verilən sorğuları vaxtında cavablandırmaq;
  • Müştərilərlə düzgün ünsiyyət qurmaq, məhsul və xidmətlər haqqında ətraflı məlumat vermək
  • Məhsul və xidmətləri müştərilərə,kütləyə tanıtmaq;
  • Satışın stimullaşdırılması üçün təkliflər vermək;
  • Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təkliflər planı hazırlayaraq struktur rəhbərinə təqdim etmək.
  • Satışdan sonra prosesləri izləyərək müştəriyə olunan xidməti nəzarətdə saxlamaq;

İş barədə məlumat:

  • İş günləri : Həftənin 5 iş günü tam, şənbə günləri növbəli iş qrafiki
  • İş vaxtı: 09:00-dan 18:00-dək və ya 10:00-dan 19:00-dək
  • Əmək haqqı: 1200 -1500 AZN və satışdan bonuslar
  • Ünvan: Winter park plaza 1-ci mərtəbə, Baku Holiday Travel

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satış üzrə menecer” qeyd etməklə CV-lərini elektron ünvanına göndərməyi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.