Ofisiant

  • Lavazza
  • Elanın qoyulma tarixi: 19.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
  • Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
  • İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq.
  • İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, yüngül təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
  • Qonaqların yemək və içki sifarişlərini qəbul etmək, mümkün olduqda, müşayiətedici məhsullar (xidmətlər) satmaq.
  • İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
  • Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
  • Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
  • Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
  • Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
  • Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
  • İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
  • Hər zaman təyin edilmiş ərazini / bölməni təmiz və səliqəli saxlamaq.
  • Biz bir komandayıq!” şüarı altında digər işçilər və şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.
  • İtkilər və tullantıları minimuma endirmək məqsədilə bütün istismar avadanlıqları və ləvazimatları ehtiyatla istifadə etmək.

Digər öhdəliklər:

  • Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
  • Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və restoranın, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
  • Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
  • Restoranın müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
  • Restoranın ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

Namizədlər üçün tələblər:

  • Müvafiq sahədə 1 il təcrübə,
  • Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq,
  • İş vaxtı təmiz və nizamlı görünmək,
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək,
  • Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı,
  • Azərbaycan və rus dillərini bilmək. (İngilis dili arzu olunandır)

İş şəraiti:

  • İş günü həftədə 6 gün, İstirahət həftədə 1 gün,
  • AR Əmək məcəlləsi əsasında rəsmiləşdirmə
  • Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.

Maraqlanan şəxslər vəzifə adı göstərməklə CV formalarını poçt ünvanına göndərə bilərlər.