Mühasib

  • ISCOM
  • Elanın qoyulma tarixi: 15.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı : 800 -1000 AZN

Vəzifə və Öhdəlikləri:

  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması
  • Dövlət Vergi Xidmətinə ünvanlanacaq bütün məktub, ərizə və müraciət formalarının tərtibi və icrasına nəzarət edilməsi və gələn məktubların cavablandırılması;
  • E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək
  • Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edir, qaimələri, aktları tərtib edir;
  • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
  • Əsas vəsaitlərin uçotu. Amortizasiya və təmir xərclərini hesablanması. Təmir xərclərinin qüsur quraşdırma aktı ilə silinməsi və normadan artıq təmir xərclərinin kapitallaşdırılmasının uçota alınması.
  • Bütün mwhasibatlıq əməliyyatları üzrə daxili və xarici mal,iş və xidmətlərin alışı,satışı və silinməsi işlərinin icrası, 

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 ilədək iş təcrübəsi;
  • 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi
  • Diqqətli və məsuliyyətli olmaq;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Həftənin 6 günü ,6 c; gün q;sa iş günü.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Mühasib" qeyd edərək elektron ünvanına göndərə bilərlər.