Satıcı

  • AZ Grand Trade
  • Elanın qoyulma tarixi: 15.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Xanım namizəd tələb olunur
  • Tam orta təhsil (ali təhsil olması üstünlükdür).
  • Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (üstünlükdür).
  • Satış sahəsində təcrübə  (üstünlükdür).
  • Komandada işləmə bacarığı.

Vəzifələr:

  • Ticarət zalında kifayət qədər miqdarda çeşidin olmasına nəzarət etmək və lazım gələrsə onu doldurmaq.
  • Ticarət zalını təmiz saxlamaq
  • Satış zamanı alıcılara məsləhət vermək.
  • Mağaza tərəfindən malların qəbulunda köməklik etmək.
  • Satış üçün malların hazırlanması.
  • Malların qiymət etiketlərinə nəzarət etmək.
  • Malların saxlama müddətinə nəzarət etmək.
  • Mağazada malların yerləşdirilməsi və onlara nəzarət etmək.

Şirkət təklif edir:

  • əmək haqqı 500azn + aylıq satışdan bonus
  • növbəli iş cədvəli 09:00 – 19:00, 13:00 - 21:00
  • rəsmi qeydiyyat

Namizələrdən mövzu yerində "Satıcı" vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə e -poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.