İşin təsviri
My lamp İşıqlandırma mağazasına işıqlandirma sahəsində təcrübəsi olan satış təmsilçisi axtarılır.
- Azərbaycan və rus dillərində səlis danışıq;
- Komandada işləmə bacarığı;
- Satış texnikası haqqında biliyin olması;
- Səliqəli, gülərüz və məsuliyyətli olması;
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.
- Yaş həddi 25-40 yalnız xanım namizədlər
- Ali və ya orta təhsilli
Vəzifə öhdəlikləri:
- Şourumda təmsil olunan malların müştəriyə təqdimatı və satışı;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
- Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
- Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
- Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
- Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq;
- Məsuliyyətli, dəqiq, ciddi olmalı;
- Stress altında işləmə bacarığı;
Maaş 600 azn (+satışdan bonus)
Müraciət et bölməsində qeyd olunan emailə CV-ləri göndərin.