Korporativ hüquq şöbəsinə aparıcı məsləhətçi

İşin təsviri

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (Hüquqşünaslıq / Beynəlxalq hüquq ixtisası)
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Dil bilikləri: İngilis və rus dili – arzuolunandır.

Qanunvericilik üzrə biliklər:

  • Normativ hüquqi aktlar haqqında AR Qanunu;
  • AR Mülki Məcəlləsi;
  • Publik hüquqi şəxslər haqqında AR Qanunu;
  • Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanunu;
  • Tibbi sığorta haqqında” AR Qanunu;
  • Vətəndaşların müraciətləri haqqında” AR Qanunu;
  • İnformasiya əldə etmək haqqında” AR Qanunu;
  • Dövlət satınalmaları haqqında” AR Qanunu.

Bacarıqlara dair tələblər: 

  • Analtik düşüncə 
  • Nəticəyönümlülük
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Ünsiyyətcil
  • Təşəbbüskarlıq

İşin təsviri:

  • Hüquqi aktların və digər qanunvericilik aktlarının hüquqi ekspertizasının həyata keçirilməsi; 
  • Qanunvericiliyə uyğun olaraq hüquqi aktların müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılması işinin təmin edilməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi;
  • TƏBİB-in fəaliyyətini tənzimləyən hüquqi aktların təhlil edilməsi, onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;
  • TƏBİB-in təşəbbüsü ilə təqdim edilən qanun, fərman və qərar layihələrinin, digər normativ sənədlərin hazırlanması, onlara dair rəy və təkliflərin verilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
  • TƏBİB-in struktur bölmələri tərəfindən hazırlanmış və ya TƏBİB-ə daxil olmuş sənəd layihələrinin (əmr, məktub, arayış, sorğu, hüquqi akt və s.) hüquqi ekspertizasının həyata keçirilməsi və onların qanunvericiliyə uyğunluğunun yoxlanılması;
  • TƏBİB-in struktur bölmələrinin fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlərin verilməsi, arayışlar və rəylərin hazırlanması;
  • TƏBİB-in fəaliyyəti ilə bağlı mülki, idarələrarası və digər xarakterli müqavilələrin hazırlanmasında iştirak.

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Korporativ hüquq – Aparıcı məsləhətçi” qeyd olunmalıdır;
  • CV-lər 25 dekabr, 2023-cü il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqədə iştirak üçün dəvət olunacaqlar.

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.