Gömrük bəyannaməçisi

  • Almet Holding
  • Elanın qoyulma tarixi: 12.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Komandamıza Gömrük əməliyyatlarını təşkil etmək və koordinasiya etmək üçün Gömrük bəyannaməçisi axtarışındayıq. Təcrübəsinə və bacarığına güvənən namizədləri aramızda görməkdən məmnunluq duyarıq.

Vəzifə öhdəlikləri:

  • Qısa idxal bəyannamələrini tərtib etmək
  • Tranzit gömrük bəyannamələrini tərtib etmək
  • Bəyannamələri sistemə işləmək
  • Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin elektron qaydada tərtib etmək
  • Mal və nəqliyyat vasitələrini bəyan etmək
  • Mal və nəqliyyat vasitələrinin idxal-ixrac əməliyyatları bəyannamələri hazırlanmaq
  • İxrac, müvəqqəti saxlanc, beynəlxalq tranzit proseduru altında malları bəyan etmək
  • Holdinq tərəfindən ödənilməli olan gömrük ödənişlərini düzgün hesablamaq
  • Hazırlanmış idxal bəyannamələrinin sistemə daxil etmək
  • Alınacaq malların ƏDV məbləğlərini hesablamaq və onlarla bağlı hesabatları tam, vaxtında və düzgün şəkildə hazırlayaraq rəhbərliyə təqdim etmək

Tələblər:

  • Bakalavr dərəcəsi. (Bəyannaməçinin İxtisas Attestatı olması üstünlükdür)
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Əla səviyyədə azərbaycan dilində yazı və danışıq qabiliyyəti 
  • Yaxşı ingilis dili, rus dili biliyi üstünlükdür
  • Yaxşı səviyyədə MS Office biliyi
  • Mükəmməl analitik və problem həll etmə bacarıqları, potensial riskləri müəyyən etmək və azaltmaq bacarığı
  • Vaxtı səmərəli şəkildə idarə etmək, son tarixləri qarşılamaq və dəyişən prioritetlərə uyğunlaşmaq bacarığı

Şirkət nə təklif edir:

  • Rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi 
  • Xarici ölkələrdə nümayəndəlikləri olan yerli şirkətdə iş təcrübəsi
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • Dinamik və böyüməkdə olan şirkətdə işləmək imkanı
  • Digər üstünlüklər (sınaq müddətindən sonra fitness təminatı, özəl tibbi sığorta, korporativ mobil nömrə və s.)

İş yeri Azərbaycan, Bakı şəhəridir.

Maraqlanan namizədlərdən mövzu yerində vəzifə adını qeyd etməklə öz CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.

Almet Holding tərəfindən digər vakansiyalar