İnsan resursları departamentinə data analitik

İşin təsviri

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil – İqtisadiyyat, Riyaziyyat, İT sahəsi üzrə
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Vizualizasiya proqramları - Tableu, Data Studio və s.
  • Dil bilikləri: İngilis dili və rus dili – sərbəst
  • Sertifikata dair: Certified Analytics Professional, Microsoft Professional Program in Data Science və ya IBM Data Science Professional Certificate - arzuolunan

Bacarıqlara dair tələblər: 

  • Datanın toplanılması və təhlil edilməsi bacarıqlarını özündə birləşdirən analitik düşüncə;
  • Datanın təqdim olunma üsullarından istifadə edilməklə yüksək səviyyədə təqdimat bacarığı;
  • Biznes təhlili üçün istifadə olunan real data ilə iş təcrübəsi;
  • Detallı məlumatları özündə əks etdirən cədvəlləri, qrafikləri və təqdimatları hazırlamaq bacarığı;
  • Data bazaları texnologiya və alətləri ilə datanın yerləşdirilməsi, transformasiyası və prosesləşdirilməsi.

İşin təsviri:

  • İR datanı, göstəriciləri və statistikanın toplanılması, qruplaşdırılması və təhlil edilməsi;
  • Mövcud daxili datanı kənar statistik məlumatlar və meyarlar ilə müqayisə edilməsi;
  • Statistik təhlilin aparılması, trendlərin aşkar edilməsi və tövsiyyələrin verilməsi;
  • Biznes təhlillərin yazılması və tələb olunan halda daha dərin tədqiqatların aparılması;
  • Yeni məlumatın toplanılması və təhlil proseslərin müəyyən edilməsi, bu sahədə yeniliklərin izlənilməsi və tətbiq edilməsi;
  • Sorğuların tərtib edilməsi, keçirilməsi və nəticələrinin təhlil edilməsi;
  • Struktur bölmənin fəaliyyəti ilə bağlı işgüzar ehtiyacları müəyyən edərək təhlil edilməsi.

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

Vakansiyaya son müraciət tarixi: 07.01.2024

CV-lər e-mail ünvanına göndərilməlidir;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnsan resursları departamenti-data analitik” yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. 

Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.