İnzibati işlər üzrə mütəxəssis (Kredit şöbəsi, Problemli kreditlər bölməsi)

  • BOKT AzKredit ASC
  • Elanın qoyulma tarixi: 11.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri BOKT “AzKredit ASC”-nin Baş ofis və Gəncə, Ağcabədi, Biləsuvar, İmişli nümayəndəliklərində olacaq.

Əsas vəzifə və öhdəlikləri:

  • Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
  • Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin, iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib edilməsi;
  • Müştərilərlə borcların ödətdirilməsi istiqamətində müvafiq kommunikasiyaların aparılması.
  • İcra işlərinə dair rəsmi sənədlərin yazılması və göndərilməsi.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsil,
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Kompüterdə (Outlook, MS Word, Excel) sərbəst işləmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Təşəbbüskarlıq, səmimiyyət, dözümlülük kimi müsbət göstəricilərə malik olmaq;
  • Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
  • Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 11 yanvar 2024-cü il tarixinədək e-mail vasitəsilə təqdim etsinlər. 

E-məktubunuzun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını və şəhəri (Nümunə: İnzibati işlər üzrə mütəxəssis_Bakı) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.