IT mütəxəssis

  • Nardaran İnvest
  • Elanın qoyulma tarixi: 11.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 1200-1300 AZN.

Öhdəliklər:

  • Gündəlik kompüter istifadəçilərindən gələn sorğuları qəbul edib onlara prioritetə uyğun olaraq texniki dəstək göstərmək;
  • Kompüter istifadəçilərində yaranan avadanlıq və ya proqram səviyyəsində problemləri aşkar edib, aradan qaldırmaq; 
  • Əməliyyat sistemləri və yaxud şəbəkədə yaranmış xırda nasazalıqları aradan qaldırmaq;
  • Printer və skaner qurğularında yaranmış nasazlıqları proqram səviyyəsində həll etmək;
  • Şöbənin sənədləşmə işlərini vaxtında yerinə yetirmək (Elektron və kağız);
  • Təcrübəli və daim dinamik inkişafda olan komanda ilə işləmək;
  • Fərdi bilik və bacarıqlarını artırmağa, vəzifə irəliləyişlərinə dəstək olan komanda ilə işləmək;

Namizədə tələblər:

  • Xarici dil: Rus dili səlis, İngilis (əsas anlayışlar);
  • Təcrübə: 1-3 il;
  • Windows ailəsinə məxsus əməliyyat sistemləri ilə işləmə bacarıqları;
  • Printer, skaner qurğuları ilə proqram səviyyəsində işləmə bacarığı;
  • Sistem və şəbəkə texnologiyaları üzrə başlanğıc biliklər;
  • MacOS "ailəsinin" əməliyyat sistemləri ilə təcrübə;
  • Tətbiqi proqramlardan istifadə, istifadəçi kompüterlərinə texniki dəstək;
  • Ünsiyyətçil , verilən tapşırıqların vaxtında yerinə yetirilməsi , komandada işləmək qabiliyyəti.

İş qrafiki: I-VI günlər, saat 10:00-19:00-dək

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlər aşağıdakı mail adresə CV göndərə bilərlər.