Beynəlxalq əlaqələr üzrə mütəxəssis

İşin təsviri

“GMMB İnternational” şirkəti beynəlxalq şirkətdir. Şirkət beynəlxalq tədbirlərin, siyasi diskussiyaların təşkili üzrə ixtisaslaşmışdır. Həmçinin şirkət rəqəmsal məzmun hazırlanması və araşdırma şirkəti olaraq dünyada gedən siyasi, iqtisadi proseslərin, biznes sferasındakı yeniliklərin və trendlərin öyrənilməsi, analitik hesabatların hazırlanması üzrə fəaliyyət göstərir.

“GMMB İnternational” Azərbaycan üzrə nümayəndəliyin təşkili məqsədi ilə vakansiya elan edir. Beynəlxalq əlaqələr üzrə mütəxəssis və Siyasi analitika üzrə mütəxəssis

İş haqqında:

  • Dünyada baş verən siyasi proseslərin, biznes və iqtisadi sferada yeniliklərin öyrənilməsi və bu sahədə tədqiqat aparılması iş prosesinin vacib hissəsi olacaq
  • Müştəri kriteriyalarına uyğun tədqiqat metodlarını seçmək
  • Sifarişə əsasən xarici partnyorlarla əməkdaşlıq görüşləri keçirmək
  • Dövlət və ya özəl şirkətlərin sifarişinə əsasən tədbirlərin təşkili
  • Xarici tərəfdaşlarla mütəmadi təmaslar
  • Dövlət qurumları ilə mütəmadi təmaslar
  • Layihələr üzrə analizlərin aparılması və hesabatlar hazırlanması

Namizədə tələblər:

  • Bəylər (22 – 30 yaş / hərbi xidmət keçməsi arzuolunandır)
  • İngilis dili minimum intermediate səviyyədə bilmək ( digər dillər də danışıq üstünlük kimi nəzərə alınacaqdır)
  • Politologiya / hüquq / marketinq / beynəlxalq münasibətlər / tarixçi / regionşünaslıq / tərcüməçilik / biznesin idarə olunması üzrə Ali təhsil
  • Araşdırma, Analiz və təşkilati bacarıqlar
  • Ünsiyyət və təqdimat bacarıqları, Komandada işləmək bacarığı, təklif olunan vəzifə üzrə müvafiq təlim, kurslar və seminarlarda iştirak etmək arzuolunandır.
  • Araşdırma materiallarından istifadə edərək analitik hesabatlar hazırlamaq
  • MS Office proqramlarında işləmək bacarığı

İş qrafiki: həftənin 5 günü, 09:00-dan 18:00-dək

Maraqlanan namizədlər CV və Tərcümeyi–hallarını [email protected] ünvanına göndərə bilərlər.