Satınalma üzrə baş mütəxəssis

  • UNICO
  • Elanın qoyulma tarixi: 07.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • 1C proqram təminatında təchizat modulunda işləmək;
  • Prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;
  • Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
  • Podratçılarla işə başlamazdan əvvəl rəsmiləşmə prosesinin diqqətlə izləmək;
  • Satınalma prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək;
  • Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək;
  • Müqavilələrin və sifarişlərin statusunu izləmək;
  • 1C proqram təminatının aidiyyatı modulunun təkmilləşdirilməsinə tövsiyə vermək;
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə satınalmaçıları müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla danışıaqlar aparmaq;
  • Ehtiyat miqdarlarının ehtiyaca cavab verdiyini müəyyən etmək və lazım olduğu təqdirdə əlavə materiallar sifariş etmək;
  • İş prosesinə yenilik (innovasiya) gətirmək;
  • Planda müəyyən edilmiş satınalma məqsədlərinə nail olmaq üçün kommersiya strategiyasını müəyyən etmək və təsdiq etmək, texniki tələblərə riayət etmək;
  • Texniki tələblərə uyğun olaraq satınalmaçıların və ya xidmət təminatçılarının təkliflərini qiymətləndirmək üçün proses və meyarlar müəyyən etmək;
  • Mal və ya xidmətlərin satınalma tələblərinə və arzu edilən nəticələrə uyğun gəlməsini təmin etmək üçün keyfiyyətə təminat prosesini həyata keçirmək;
  • Satınalma prosesinin məqsədlərindən kənarlaşmaları və ya nöqsanları müəyyən etmək, təşkilatın tələblərinə uyğun olaraq operativ şəkildə təkmilləşdirmə tədbirləri görmək;
  • Təlim ehtiyaclarının təhlilini apararaq illik təlim planını hazırlamaq
  • Şirkət üzrə işçilərin əsas performans göstəricilərinin təyin olunması prosesini təmin etmək;
  • Şirkət üzrə işçilərin performans qiymətləndirilməsini təmin etmək və hesabatını hazırlamaq;
  • Riskləri azaltmaq üçün tələb olunan tədbirləri tövsiyə etmək;
  • Qəbul edilən qiymətlərin qoşma sənədlərə uyğunluğunu yoxlamaq.

Namizədə tələblər:

  • Ali təhsilli (iqtisadiyyat üzrə);
  • Azərbaycan, rus və ingilis dillərini bilməli;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • MS Office (Word, Excel, Power Point) proqram təminatlarında işləməyi bilməli;
  • 1C proqram təminatı üzrə biliklər.