Satış meneceri-merçendayzer

  • Nardaran İnvest
  • Elanın qoyulma tarixi: 06.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Dolcha Foods” MMC Satış meneceri-merçendayzer vakansiyasını elan edir.

Əmək haqqı: Müsahibə zamanı uğurlu namizədlərin əmək haqqı gözləntiləri nəzərə alınacaq. 

Vəzifə öhdəlikləri: 

  • Təyin olunmuş gündəlik rut üzrə hərəkət etmək; 
  • Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizliyi, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması; 
  • Malların istehsal tarixlərinə və əmtəə görünüşə nəzarət; 
  • Satış nöqtələrində və mağazasında deponu məhsul çeşidlərinin kifayətliliyi ilə bağlı mütəmadi yoxlamalar aparmaq;
  • Şirkətin məhsul çeşidləri haqqında məlumatlı olmaq və onları düzgün təbliğ etmək; 
  • Yeni təyin olunan kampaniyalar haqqında mağaza personalını məlumatlandırmaq; 
  • Müştərilərlə satış yönümlü danışıqların aparılması, məhsulların satışının təmin edilməsi; 
  • Müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması üçün yeni təkliflərin verilməsi; 
  • Müştəri şikayət təklif və rəylərini məsul şəxsə təqdim etmək;
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş digər tapşırıqları yerinə yetirməsi. 

Namizədə tələblər: 

  • Təhsil - Ali təhsil; 
  • Şəxsi nəqliyyat vasitəsi; (yanacaq xərcləri və amartizasiya xərcləri şirkət tərəfindən qarşılanacaq)
  • Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi; 
  • Merçendayzinqin əsaslarını üzrə biliklər; 
  • Yaş: 25-35, Cins: -Qadın;
  • Operativ, məsuliyyətli və işə planlı yanaşmaq; 
  • Səlis və aydın nitq qabiliyyəti.

 İş vaxtı: I-VI günlər; 10:00-17:00. 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər.