İşin təsviri
Bilik və bacarıqlar:
- Adobe İllustrator və ya Corel Draw proqramında mükəmməl işləmə bacarığı;
- Adobe Photoshop proqramında mükəmməl işləmə bacarığı;
- Adobe After Effects ilə hərəkətli dizayn işləmə bacarığı;
- Yüksək kommunikasiya və kreativ düşünmə bacarıqları;
- Komandada və fərqli funksiyalarla birgə işləmə bacarığı;
- Daim öyrənmək və inkişaf etməyə istəkli olmaq;
- Dizayn sahəsindəki trendləri daim təqib etmək və işinə yeniliklər qatmaq
- Çap məhsulları(Kraft,ofset kağız) və digər çap prossesində istifadə olunan materiallardan məlumatlı olmalı
- Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklər
Vəzifə öhdəlikləri:
- Şirkətin reklam materiallarının dizaynının hazırlanması
- Şirkətin çap materiallarının dizaynının hazırlanması
- Loqo, korporativ stilin yığılması
- Çap olunacaq məhsullarının çapa hazırlanması
- Günlük dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi
- Qutular üçün (Diecut)ların hazırlanması
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir
- Nahar şirkət tərəfindən təmin olunur.
- İş saatı həftəiçi 09:00-dan 18:00-dək, 6.gün 09:00-dan 13:00-dək
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Qrafik dizayner” qeyd edərək CV formasını elektron ünvanına göndərə bilərlər.