Tikinti xərcləri üzrə baş nəzarətçi

  • PMD Group
  • Elanın qoyulma tarixi: 04.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Büdcələrin ehtimal dəyərlərinin hazırlanması
  • Layihə büdcələrinə nəzarət etmək və xərcləri daim nəzarətdə saxlamaq, kənarlaşmaları aradan qaldırmaq üçün önləyici tədbirlər görülməsi, təkliflər verilməsi və hesabat verilməsi
  • Layihə qiymətlərinin və büdcənin təhlili
  • Maliyyə dəyərləndirilməsinin aparılması və düzgün formada aidiyyatı üzrə təqdim olunması
  • Maliyyə planlarının qaydalara uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi
  • Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili
  • Tender/sorğu sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması, müqayisə cədvəllərinin hazırlanması və yaranmış fərqlərin araşdırılması
  • Podratçıların təqdim etdiyi əlavə işlər üzrə ehtimal olunan qiymətlərin yoxlanılması və təhlili
  • İddiaların təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların təqdim edilməsi
  • İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ-ların, dəyişiklik proseduru sənədlərinin, proqres hesabatlarının tərtibatı
  • Podratçılar tərəfindən hazırlanmış xərclərlə bağlı hesabatların yoxlanılması
  • Hesab-fakturaların və digər ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması
  • Layihələrin maliyyə axınlarının hazırlanması və təqdim edilməsi
  • Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası
  • Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması
  • Podratçılar tərəfindən təqdim edilmiş maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması

Tələblər:

  • Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi
  • Mülki tikinti sahəsində oxşar vəzifədə azı 5 il iş təcrübəsi
  • Azərbaycan dili – səlis; İngilis dili – yaxşı
  • Kompyuter bacarıqları: MS Office proqramları, AutoCAD
  • Detal yönümlü və yüksək analitik bacarıqlar
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı
  • Təşəbbüskarlıq və dəqiqlik

İşəgötürənin reytinqi