Marketinq üzrə Menecer

İşin təsviri

Namizəd üçün tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və s.);
  • Marketinq sahəsində ən azı 3 il təcrübə olmalı;
  • Azərbaycan, rus və ingilis dillərində səlis danışıq qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli;
  • Reklam, PR və SMM alətləri üzrə bilikləri olmalı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi.

Vəzifə öhdəlikləri:

  • Sosial media hesabları və platformaları (Facebook, Instagram, Twitter, LinkedIn, Youtube və s.) ilə işləmək;
  • Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
  • Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh və soruğuları cavablandırmaq;
  • Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
  • Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
  • Bütün SMM kanallarına nəzarət etmək;
  • Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında yerinə yetirmək.

Əmək şəraiti:

  • Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək;
  • Satış planına əsasən rüblük mükafatlandırma;
  • 5 günlük (09:00-18:00) iş rejimi;
  • Korporativ nömrə və danışıq balansı;
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Biz nə təklif edirik:

  • Yaradıcı, dinamik və mehriban kollektiv;
  • Rəqabətədavamlı əmək haqqı;
  • Fərdi inkişaf üçün təlim tədric proqramları;
  • Karyera inkişafı, ölkəmizdə və ölkə xaricində tədbirlərdə iştirak imkanı.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər mövzu yerində “Marketinq üzrə Menecer” qeyd edərək öz CV-lərini e-mail ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 30.12.2023  (Yalnız vakansiyanın tələblərinə uyğun namizədlər ilə əlaqə saxlanılacaqdır)