Plant Room Operator / Operator (Su anbarları və su təchizatı; Qazanxana və nasos sistemləri; Havalandırma sistemləri)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tələb olunduqda texniki avadanlığın qoşulmasını, saz vəziyətdə saxlanılmasını və təmirini təmin etmək
  • Qazanxana otağı ilə yanaşı qızdırıcı, nasos, su çənləri və filtrlərin, habelə elektrik panellərin normal işləməsini təmin etmək və ümumi nəzarəti həyata keçirmək
  • Qeydiyyat vərəqəsində cihazların ölçü və parametrlərinin müvafiq qaydada qeydiyyatını aparmaq
  • Bütün mexanizmlərin təhlükəsiz və saz vəziyyətdə işləməsini təmin etmək
  • Çənlərin içərisində su, hava və yanacağın tələb olunan miqdar, həcm və ölçüdə olmasını təmin etmək
  • Aparılan su testlərinin (TDS/PH) nəticələri barədə qeydiyyatın aparılmasını təmin etmək 
  • Havalandırma sisteminin qurğularına nəzarət etmək, normal işləməsini təmin etmək və ümumi nəzarəti həyata keçirmək
  • Generatorların gündəlik su və yanacaq səviyyəsini yoxlamaq və təhlükənin olmamasından əmin olmaq
  • Mexanizmlərin şöbə tərəfindən təyin edilən qrafikə üzrə profilaktik təmirini təmin etmək
  • Yaranacaq hər hansı fövgəladə hal/problem barədə əvvəlcədən birbaşa rəhbərinə məlumat vermək və qabaqlayıcı tədbir görmək
  • Tələb olunduqda mühəndislik komandasına lazımi dəstək göstərmək və təlimlərdə iştirak etmək

Namizədə olan tələblər:

  • Qeyd olunan vəzifə üzrə ən azı 2 il iş təcrübəsi
  • Mühəndislik sahəsində Ali və ya Orta Texniki ixtisas təhsili
  • Müvafiq sahə üzrə güvvədə olan diplom və/və ya sertifikat
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi əsaslarını bilmək
  • Müxtəlif növbələrdə və dəyişkən cədvəl üzrə işləmək
  • Yüksək ünsiyyətli və çevik, detallara həssas və dəqiq
  • Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili arzuolunandır)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Plant Room Operator / Operator (Su anbarları və su təchizatı; Qazanxana və nasos sistemləri; Havalandırma sistemləri)” qeyd edərək CV-lərini elektron ünvanına 15 dekabr 2023-cü il tarixinədək göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə davət olunacaqlar.

Baku Marriott Hotel Boulevard tərəfindən digər vakansiyalar